Almaniyanın “Hopper Mobility” startapı martın 28-dən velosiped və elektrik avtomobilin üstünlüklərini özündə birləşdirən pedallı hibridin sifarişlərini qəbul etməyə başlayıb. Sifarişi həyata keçirmək üçün 300 avro depozit qoyulmalıdır. Hibridin qiyməti isə 6499 avrodan başlayır, çatdırılma 2023-cü ilin yazına planlaşdırılır.
Bu nəqliyyat vasitəsinin üstünlüklərindən biri odur ki, onu həm səkidə, həm də velosipod yollarında sürmək mümkündür. İki nəfər üçün nəzərdə tutulan “Hopper”in uzunluğu 200 sm, eni 88 sm, çəkisi isə 120 kq-a yaxındır. Hibridin korpusu ikisi öndə, biri isə arxada olmaqla üç təkər üzərində dayanır.
Pedalı fırlatmaq mütləq deyil (yalnız yerindən tərpənmək üçün lazımdır), lakin bu zaman maksimal sürət 6 km/saatla məhdudlaşdırılacaq. Hibrid rejimdə 25 km/saata qədər sürət yığmaq olar. Təxminən kiçik bir çamadan ölçüsündə olan 48 voltluq batareyanı kuzovdan çıxarıb evdə və ya işdə şarja qoymaq mümkündür. Tam doldurma zamanı 60 km-ə qədər məsafə qət etmək olar.17:49