Rusiyanın avtomobil sənayesinə müharibə zərbəsi

Dünyaca məşhur avtomobil şirkətləri Ukrayna ilə müharibə səbəbilə Rusiyaya avtomobil satışını və ölkədəki istehsalını dayandırıb.

Belə ki, Fransanın “Renault” şirkəti mövcud vəziyyətlə əlaqədar olaraq 28 fevral-5 mart arasında Moskvadakı fabrikində avtomobil istehsalını dayandıracağını açıqlayıb. “Renault” tərəfindən idarə edilən “AvtoVaz” şirkəti də Rusiyadakı fəaliyyətində dəyişiklik edəcəyini bildirib.
Təkər istehsalını həyata keçirən “Nokian” şirkəti Rusiyadakı əsas məhsul istehsalını Finlandiya və ABŞ-a köçürdüyünü elan edib.
“Ford” şirkətinin rəsmiləri isə hazırkı vəziyyətdən narahatlıq keçirdiklərini və hər bir vəziyyətə hazır olduqlarını açıqlayıb.
Son olaraq, İsveç şirkətləri - avtomobil istehsalçısı “Volvo” və yük maşını istehsalçısı “Scania” Rusiyada fəaliyyətini dayandırdığını elan edib.

Bundan başqa, dünyanın əsas avtomobil istehsalı şirkətlərindən olan “Daimler Trucks” Rusiyanın yük maşını istehsalçısı olan “Kamaz”la əməkdaşlığını dayandırdığını açıqlayıb.

7f36f2e1 fcfd 4dde 9e39 41a9d7436cd6
7f36f2e1 fcfd 4dde 9e39 41a9d7436cd6

9 iyn 2023 09:38:13