Qadınlar avtomobillərini kişilərdən daha yaxşı parklayırlar

“NCP” şirkətinin apardığı araşdırma nəticəsində məlum olub ki, qadınlar avtomobillərini kişilərdən daha yaxşı parklayırlar. Bir ay sürən tədqiqatda hər iki cinsdən olan 2500 sürücü iştirak edib. Bacarığın keyfiyyəti kompleks bal sistemi ilə müəyyənləşdirilib. Qadınlar orta əmsal olaraq 13,4; kişilər isə cəmi 12,3 bal toplaya biliblər.

Şkalada bir sıra göstəricilər nəzərə alınıb: pulsuz parkinq yerini tez tapmaq bacarığı (kişilər: 64%, qadınlar: 92%), irəli və geri park etmək bacarığı, hərəkətlərin sayı, avtomobili park etmək bacarığı və s. Kişilər, orta hesabla, qadınlara nisbətən parkinqə daha az vaxt sərf edərkən (21 saniyəyə qarşı 16 saniyə), qadınlar demək olar ki, bütün digər parametrlərdə üstünlük əldə ediblər.

Apr 18, 2024, 5:04:49 AM