Kaset maqnitofonu olan sonuncu avtomobil nə vaxt buraxılıb?

Kaset maqnitofonu olan sonuncu avtomobil 2011-ci ildə buraxılıb.
Bu gün musiqi kaseti kimi raritet əldə edə bilsəniz belə, onu səsləndirmək üçün cihaz tapmaq müşkül olar. Bu texnologiya artıq ölüb və 2000-ci illərdə doğulmuş gənclər bunun nə olduğunu təsəvvür də etmirlər.

Lakin kaset maqnitofonu ilə təchiz edilmiş sonuncu avtomobil konveyerdən cəmi 10 il əvvəl - 2011-ci ildə çıxıb. Bu, arxadartılı “Ford Crown Victoria” sedanı idi. Düzdür, hətta bu modeldə də müştərilərə kaset maqnitofonu xüsusi opsiya kimi təklif olunurdu.

9 iyn 2023 08:03:02