"Google"da ötən il ən çox "axtarılan" avtomobil brendləri

Avstraliyanın “Comare The Market” konsaltinq agentliyinin mütəxəssisləri son bir ildə internet istifadəçilərinin marağını çəkən avtomobil brendlərinin illik reytinqini dərc ediblər.

Ekspertlər 154 ölkədə “Google” axtarışları əsasında brendlərin siyahısını tərtib ediblər.
Beləliklə, 2021-ci ildə “Toyota” dünyanın ən məşhur avtomobil markası olub. O, nəzərdən keçirilən 154 ölkədən 47-də (ölkələrin 31%-i) ən populyar avtomobil markasıdır. İkinci yerdə BMW qərarlaşıb. Bu brend 29 ölkənin sakinləri tərəfindən “Google”da ən çox axtarılan brenddir. “Mercedes-Benz” 23 ölkə sakinlərinin axtarış sorğularında lider mövqeləri tutaraq üçüncü yerdə qərarlaşıb.

22 may 2022 11:59:23