Gənc adam izlədiyi filmdəm ilhamlanaraq 87 min manatlıq avtobus hazırladı

Samsunda yaşayan 30 yaşlı Kadir Mert 7 ay öncə yararsız vəziyyətə aldığı avtobusu uşaqlıq arzusu olan "School Bus"a çevirdi. Avtomobilin salonunu isə bir ev kimi dizayn edən Kadir Mert yaxında dünya turuna çıxmağı planlayır.

Hal-hazırda Türkiyənin müxtəlif bölgələrinə səyahət edən gənc avtomobilinin hər kəsin diqqətini çəkdiyini bildirir.

"Bu avtomobilin bütün uşaqların arzuladığını düşünürəm.Cizgi filmlərinə baxarkən "School Bus" gördükdə çox həyəcanlanırdım və bu avtobus çox xoşuma gəldiyi üçün, hər zaman evdə oyuncaqları var idi. Uşaqlıq arzumu təxminən 15-20 il sonra gerçəkləşdirdim. Yararsız vəziyyətdə aldığım avtomobili "School Bus"a çevirmək üçün 700,000 tl (~87000manat) xərclədim. Avtomobilin mühərriki,təkərləri,görünüşü və s. üçün 400,000 tl (~50000 manat) salonunun yaşamaq üçün bir karavan halına gətirilməsi üçün isə 300,000 tl (~37000) xərcləməli oldum"- deyə vurğulayan Kadir Mert həyatından çox məmnun olduğunu bildirdi.

22 may 2022 11:32:49