"Ford" 1927-ci ildə 24 saniyəyə yığılan avtomobil istehsal edib

“Ford” 1909-1927-ci illər arasında 15 milyon avtomobil istehsal edib. İlk vaxtlar “Model T”nin yığılmağına 12 saat sərf olunurdu.

Konveyer texnologiyası sayəsində bu müddət 1913-cü ildə hər avtomobil üçün 8 dəqiqəyə endirildi və nəhayət 1927-ci ildə “Ford”un zavodu hər “Model T” avtomobilini cəmi 24 saniyəyə yığırdı. Buna innovasiyanın gücü deyilir.

9 iyn 2023 07:26:44