"Fiat" "antibakterial" avtomobillər seriyasını buraxıb

"Fiat RED Edition” avtomobillərində zərərli bakteriya və viruslarla mübarizə üçün əlavə tədbirlər nəzərdə tutulub.
“Red Edition” seriyası “Fiat 500”, “Fiat Tipo” və “Fiat Panda” modellərini əhatə edir. Bu cür maşınlar adi komplektasiyadan əlavə avadanlıqları və kimyəvi təmizlənmələri ilə fərqlənir. Xüsusilə, kabin filtri, eləcə də sükan və oturacaqlar virus və bakteriyaları məhv edən xüsusi biosidal maddə ilə işlənir.

“Fiat 500” modelində “antivirus” avtomobilləri ideyasının təşəbbüskarları bir az da irəli gediblər. Sürücü və sərnişinlərin ən çox təmasda olduğu filtr və səthlərin antibakterial emalı ilə yanaşı, “cibciyə” (ön sərnişin oturacağının qarşısındakı bölmə) kiçik ultrabənövşəyi lampa quraşdırılıb. Bununla siz smartfonunuzun səthini, ev açarlarını və digər kiçik gündəlik əşyaları tez bir zamanda dezinfeksiya edə bilərsiniz.

9 iyn 2023 09:05:09