Dünyanın ən böyük yanacaqdoldurma məntəqəsi Texasda yerləşir

Dünyanın ən böyük yanacaqdoldurma məntəqəsi “Buc-Ee”dir.
250-yə yaxın insanın çalışdığı bu yanacaqdoldurma məntəqəsi ABŞ-ın Texas ştatında yerləşir. Onun miqyası heyranedicidir. Belə ki, yanacaqdoldurma məntəqəsi 18 akr.(728 sot) ərazidə yerləşir.

Burada 31 kassa, 60 dispenser, 1000 parklama yeri, dörd buzqayıran, 80 qazlısu aparatı, nəhəng şirniyyat sexi və gecə-gündüz donuz və mal əti bişirmək üçün bütöv manqal sahəsi var.

Apr 26, 2024, 3:58:03 PM