"Bugatti Veyron"un yağının dəyişdirilməsi 20 min dollardan bahadır

Müasir avtomobillərdə motor yağının dəyişdirilməsi çox sadə prosedurdur. Həmçinin bu, bir qayda olaraq, çox ucuz başa gəlir. Lakin əgər siz “Bugatti Veyron”da yağı dəyişmək istəyirsinizsə, onda böyük məbləğdə pulla vidalaşmağa hazır olun.

“Bugatti Veyron”un yağını dəyişmək 20 min dollardan baha başa gəlir. İstehsalçı iddia edir ki, sportkarda yağ dəyişdirmək üçün xüsusi təlim keçmiş avtomobil mexanikləri komandası lazımdır, bunu avtomobilin qurğusu tələb edir.

Apr 24, 2024, 4:11:50 PM