Almaniyanın avtomobil şirkəti “Audi” yeniliyə imza atıb. Belə ki, şirkət rəqəmsal reallıq platformasını avtomobillərə daşıyır. Sərnişinlər A nöqtəsindən B nöqtəsinə gedərkən keçən zamanı daha həyəcanlı və maraqlı keçirə biləcəklər. Avtomobilin arxa oturacağında əyləşən sərnişinlər rəqəmsal reallıq eynəklərini taxaraq oyunlar oynaya, filmlər izləyə biləcəklər. İşin maraqlı tərəfi odur ki, virtual reallıq avtomobilin sürüş hərəkətlərinə uyğun olacaq. Məsələn, avtomobil sağa doğru hərəkət edərkən rəqəmsal platformadakı gəmi də sağa yönələcək. Həmçinin, avtomobil sürəti artırarkən, eyni zamanda o da sürəti artıracaq.
Bununla da, “Audi” rəqəmsal reallığı avtomobillərə daşıyan ilk avtomobil istehsalçısı olacaq.