Ata oğlu üçün "Rolls-Royce Boat Tail" düzəltdi

Oğlu üçün bahalı avtomobillərin sürətini düzəltməklə məşhurlaşan vyetnamlı dülgərin əl işi bu dəfə “Rolls-Royce Boat Tail” olub.

Kabrioletin özü keçən il təqdim edilmişdi və bu, indiyə qədər hazırlanmış ən bahalı “Rolls-Royce”dur. Model bir nüsxədə hazırlanıb və qiyməti 28 milyon dollar olub.

İndi isə dünyada daha bir “Boat Tail” var. O, ikinəfərlikdir və sürülə bilir. Modeldə işləyən işıqlandırma və hərəkət istiqamətinə qarşı açılan qapılar var.
Taxtadan olan bu avtomobilin hazırlanması isə cəmi 68 gün çəkib.

2128beee b664 48cf 9216 db4df54a93a1
2128beee b664 48cf 9216 db4df54a93a1

9 iyn 2023 08:41:17