Alman diktatoru Adolf Hitler üçün xüsusi hazırlanmış “Mercedes-Benz 770K Grosser Offener Tourenwagen” yenidən satılıb.
Bu “Super Mercedes”in avstraliyalı biznesmen və siyasətçi Klayv Palmer tərəfindən satın alındığı açıqlanıb.
Qeyd edək ki, onun kolleksiyasında Britaniya kralı VIII Edvarda məxsus unikal “Rolls-Royce” da var.
Nəzərə çatdıraq ki, yeni satılan lüks kabrioleti Adolf Hitler 1939-cu ilin oktyabrından 1941-ci ilin mayına qədər şəxsi maşını kimi istifadə edib.