"Ağıllı "Honda""lar 2050-ci ilə qədər sıfır qəzaya nail olacaqlar

“Honda” 2050-ci ilə qədər sıfır qəzaya nail olmaq üçün süni intellektə qoşulacaq.

“Honda” 2050-ci ilə qədər avtomobillərinə süni intellekt (AI) texnologiyalarını tətbiq etməyi və onların köməyi ilə yollarda sıfır qəza və ölüm hallarına nail olmağı planlaşdırır.

Şirkət tərəfindən yayılan məlumata əsasən, təklif olunan yeniliklərin mahiyyəti ondan ibarətdir ki, bütün lazımi kameralara və sensorlara malik olan “Honda” avtomobilləri davamlı olaraq sürücünün vəziyyətini və yolda mövcud durumu skan etsinlər. Ağıllı sistemlər isə öz növbəsində sürücünü yolun hərəkət hissəsində hər hansı maneənin yaranması və ya təhsil müəssisələri, yol kənarındakı dayanacaqlar, piyada keçidləri və digər potensial təhlükəli ərazilərə yaxınlaşan zaman xəbərdar etməli olacaq.

Sürücünün təhlükələr barədə bir neçə üsulla xəbərdar edilməsi planlaşdırılır: vizual və səs siqnalları, sürücü oturacağının vibrasiyası, təhlükəsizlik kəmərinin dartılması, sükanın avtomatik idarəetməyə keçməsi və avtomatik tormozlanma, eləcə də qəza riskini azaltmağa kömək edən digər hərəkətlərlə.

Süni intellektli təhlükəsizlik sistemləri ilə təchiz edilmiş seriyalı avtomobillərin 2020-ci illərin ikinci yarısında istehsala buraxılması planlaşdırılır. Hansı modellərin ilk olaraq “ağıllı” funksiyaları alacağı hələlik məlum deyil.

4 okt 2023 14:21:23